...

İqbal Ağazadə: "Azadlıq" bloku liderlərinin öz iddiaları onların bir partiyada birləşməsinə imkan verməz

Siyasət Materials 6 Dekabr 2005 18:36 (UTC +04:00)

"Azadlıq" blokunun liderlərinin öz iddiaları onların bir partiyada birləşməsinə imkan verməyəcək. Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri, müxalifətçi deputat İqbal Ağazadə bildirib.

Qeyd edək ki, "Azadlıq" bloku liderləri Azərbaycanda bütün demokratik qüvvələrin vahid bir mərkəzdə birləşməsini qarşılarına məqsəd qoyduqlarını bəyan ediblər. Bildiriblər ki, müxalifət qüvvələrini birləşdirən bu mərkəz siyasi partiya, yaxud siyasi blok və ya hərəkat formasında ola bilər.

İqbal Ağazadə deyib ki, "Azadlıq" blokuna daxil olan üç partiyanın liderləri əslində vahid bir partiyada birləşə bilməzlər. Çünki bu addım, onların heç də marağında deyil: "Bu şəxslər yalnız siyasi situasiyada çətinliklə üzləşəndə bu vəziyyətdən çıxmaq üçün belə bəyanatlar verirlər. Amma müxalifətin vahid bir mərkəzdə, yaxud bir partiya ətrafında birləşməsi real deyil"-deyə İ.Ağazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti