...

Azərbaycan prezidenti dekabrın 6-da baş vermiş təyyarə qəzası ilə bağlı İranın dövlət başçısına başsağlığı verib

Siyasət Materials 7 Dekabr 2005 19:40 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada dekabrın 6-da baş vermiş təyyarə qəzası ilə bağlı olaraq başsağlığı verib.

"Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi. Mən bu faciə ilə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin" -deyə dövlət başçısı məktubda qeyd edir.

Xəbər lenti

Xəbər lenti