...

"Yeni Siyasət" seçki bloku qərargahını təhvil verib

Siyasət Materials 8 Dekabr 2005 13:34 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku Bakı şəhəri, M.Əlizadə küçəsi 111 ünvanında yerləşən qərargahını təhvil verdiyinə görə Koordinasiya Şurasının toplantısını keçirmir". Bu barədə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının (AZH) rəhbəri Eldəniz Quliyev bildirib.

E.Quliyev onu da qeyd edib ki, blokun Koordinasiya Şurasının toplantılarının keçirilməməsi yalnız belə texniki səbəblə bağlıdır: "Şuranın 12 üzvü var. Artıq onlarla danışılıb. Yaxın günlərdə toplantı keçiriləcək".

AZH lideri onu da vurğulayıb ki, toplantıda müzakirə olunacaq məsələlərdən biri də əlavə seçkilərdə iştirakla bağlı ola bilər.

Xəbər lenti

Xəbər lenti