...

Azərbaycan kommunistləri əlavə seçkilərə qatılacaq

Siyasət Materials 8 Dekabr 2005 18:27 (UTC +04:00)

"Azərbaycan kommunistləri əlavə seçkilərdə iştirak edəcək". Bu barədə Trend ə Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin müavini Rüstəm Şahsuvarov bildirib.

AKP səlahiyyətlisi onu da bildirib ki, əlavə seçkilərin keçiriləcəyi vaxt təyin edildikdən sonra seçki təbliğatına başlayacaqlar: "Kommunistlərin seçki təcrübəsi var. 6 noyabr parlament seçkilərində qarşımıza qoyduğumuz məqsədlərə çata bilməməyimizə baxmayaraq, əlavə seçkilərdə fəal iştirak etməyə çalışacağıq".

R.Şahsuvarov partiya üzvlərinin seçkilərə fərdi şəkildə qatılacağını da qeyd edib. O bildirib ki, AKP hər bir üzvünün seçki təbliğatına köməklik göstərəcək. Sədr müavini müxalifət partiyalarından bəzilərinin əlavə seçkiləri boykot etməsi barədə qərarını isə məqsədəuyğun hesab etməyib.

Xəbər lenti

Xəbər lenti