...

Novruz Məmmədov: Rəsmi Bakı ATƏT-in Minsk qrupunun yeni təklifləri ilə bağlı öz mövqeyini bildirəcək

Siyasət Materials 9 Dekabr 2005 13:12 (UTC +04:00)

Rəsmi Bakı dekabrın ortalarında Dağlıq Qarabağ münaqişəsi regionuna baş çəkəcək ATƏT-in Minsk qrupu həmsədrlərinin yeni təklifləri ilə bağlı öz mövqeyini bildirəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, öncə vasitəçilər problemin həlli üzrə öz mövqeyini bildirib və bu, sonradan Lyublyanada Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirələrin gündəliyində olub. Regiona səfər zamanı MQ həmsədrləri ilə qarşıdakı görüşlər və bütövlükdə nizama salınma prosesi ilə bağlı mövqelərin konkretləşdirilməsinə dair məsləhətləşmələr və fikir mübadiləsi apaoılacaq. N.Məmmədovun sözlərinə görə, "Ermənistan tərəfinin reaksiyası da" rəsmi Bakı üçün əhəmiyyətlidir

Təşkilatın Ermənistan və Azərbaycan prezidentlərinin yanvarda Lyublyanada görüşünün keçirilməsi imkanı barədə təkliflərinə toxunan N.Məmmədov bildirib ki, görüşün vaxtı və yeri dövlət başçılarının öz qərarından asılıdır.

Bu günlərdə ATƏT-in MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakov Trend ə bildirmişdi ki, vasitəçilər Dağlıq Qarabağ münaqişə regionuna dekabrın 14-17-də gələcək.

Xəbər lenti

Xəbər lenti