...

Novruz Məmmədov: "İslam Konfransı Təşkilatının sammiti yüksək səviyyədə keçib"

Siyasət Materials 9 Dekabr 2005 14:41 (UTC +04:00)

"Məkkədə İslam Konfransı Təşkilatının üçünücü fövqəladə sammiti yüksək səviyyədə keçib". Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

"Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə yaranan yeni prosesləri qəbul etməli, yeni çağırışlara cavab verməlidir. Bir çox təşkilatlar, o cümlədən NATO SSSR dağıldıqdan sonra öz nizamnamələrinə düzəlişlər edib. Bu nöqteyi-nəzərdən İKT-nin üçüncü fövqəladə sammiti bu məqsədlərə xidmət edib", - deyə o bildirib. N.Məmmədov qeyd edib ki, bu istiqamətlərdə effektiv addımlar atılıb. Onun sözlərinə görə, görüş işitirakçıları 21-ci əsrdə islam dünyasında mövcul olan problemlərin effektiv həlli üçün İKT-nin yeni konsepsiya hazırlamalı olması fikrindədir.

N.Məmmədov bildirib ki, sammit çərçivəsində Azərbaycan prezidenti İKT-nin fəaliyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıb. O, təşkilat qarşısında duran vəzifələr və islam ölkələrinin həmrəyliyi ilə bağlı çıxış edib.

Xarici ölkələrin rəhbərləri və rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirilib. Bundan başqa, ikitərəfli əlaqələrin inkişaf yolları müzakirə olunub. Bütün bunlar Məkkə bəyannaməsində öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti