...

Rino Harniş: ABŞ Azərbaycanda üç yeni layihənin həyata keçirilməsinə başlayır

Siyasət Materials 9 Dekabr 2005 17:33 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş dekabrın 9-da ABŞ beynəlxalq inkişaf Agentliyinin (USAID) Azərbaycanda üç yeni layihə gerçəkləşdirməyə başladığını elan edib. Trend bildirir ki, bu barədə "Xəzər" universitetinin tələbələri qarşısında çıxış edərkən Rino Harniş bəyan edib. O, bildirib ki, ən yaxın zamanda USAID Azərbaycanda vətəndaş cəmiyyətinə dəstəyə yönəldilmiş 15 mln. dollar dəyərində beşillik layihəsinin gerçəkləşdirilməsinə başlayacaq.

11 mln.dəyərində digər layihə Azərbaycanda icmaların inkişafına yönəldiləcək. Üçüncü layihə Milli Məclis deputatları tərəfindən öz seçiciləri qarşısında öhdəliklərinin yerinə yetirilməsi prosesinin monitorinqi məqsədini daşıyır. "Birləşmiş Ştatlar demokratik institutlar yarada bilməz, yalnız bunların inkişafını dəstəkləyər"-deyə Amerika diplomatı vupğulayıb və qeyd edib ki, ABŞ Azərbaycanda insan haqlarının möhkəmləndirilməsi ilə bağlı işləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti