...

Seçki qanunvericiliyini pozmuş şəxslərin cinayət işi üzrə materiallar məhkəmə baxışına göndərilib

Siyasət Materials 12 Dekabr 2005 17:50 (UTC +04:00)

Seçki qanunvericiliyini pozmuş şəxslərin cinayət işi üzrə materiallar materiallar məhkəmə baxışına göndərilib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159.1 (seçki hüqununun həyata keçirilməsinə mane olma) maddəsi ilə təqsirləndirilən Dağlar Səfərovun işi üzrə Oğuz, Elşən İsmayılovun işi üzrə Ağstafa, 221.2.2-ci maddəsi ilə (xuliqanlıq) təqsirləndirilən İsa Atakişiyevin işi üzrə Şamaxı, 308.1-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 161.1-ci (seçki və ümumxalq səsverməsi sənədlərini saxtalaşdırma, bilə-bilə səslərin düzgün hesablanmaması) maddələri ilə təqsirləndirilən Vaqif Əmiraslanovun işi üzrə Füzuli, 221.1-ci maddəsi ilə təqsirləndirilən Faiq Əhmədovun işi üzrə isə Suraxanı rayon məhkəmələrində məhkəmə prosesi keçiriləcək. İş üzrə materiallar həmin məhkəmələrə daxil olsa da hələlik iclas təyin edilməyib.

Xəbər lenti

Xəbər lenti