...

İFES-in Avropa və Asiya üzrə regional direktoru MSK sədri ilə görüşüb

Siyasət Materials 16 Dekabr 2005 13:07 (UTC +04:00)

Dekabrın 16-da ABŞ Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Avropa və Asiya üzrə regional direktoru Maykl Svetlik və Fondun Bakı ofisinin rəhbəri Daniel Blessinqton Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

İFES-in rəhbəri Saudretinin salamlarını MSK sədrinə çatdıran M.Svetlik bildirib ki, təmsil etdiyi qurumun rəhbərliyi Azərbaycandakı parlament seçkilər haqqında müsbət fikirdədirlər. O, İFES rəhbərliyinin bundan sonra da MSK ilə əməkdaşlığın davam etdirmək fikrində olduğunu söyləyib. O, 2002-ci ildə imzalanmış əməkdaşlıq haqqında Memorandumun vaxtının uzadılmasını təklif edib.

Məzahir Pənahov İFES-in MSK-ya etdiyi yardımlara görə təşəkkürünü bildirib və Memorandumun vaxtının uzadılması ilə bağlı təklifdən məmnun olduğunu dilə gətirmib. Görüşdə İFES-lə MSK arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xatırladaq ki, İFES-lə MSK arasında əməkdaşlıq Memorandumu ilk dəfə 2000-ci ildə imzalanmış və 2002-ci ildə vaxtı uzadılmışdı. Azərbaycan İFES-ni belə bir sənəd imzaladığı ilk ölkədir.

Xəbər lenti

Xəbər lenti