...

"Bizim Azərbaycan" bloku İsa Qəmbərə məktub göndərib

Siyasət Materials 16 Dekabr 2005 16:45 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Müsavat Partiyasının başqanı İsa Qəmbərə məktub göndərib". Bu barədə Trend ə adıçəkilən blokun üzvlərindən olan İslam Demokrat Partiyasının (İDP) sədri Tahir Abbaslı bildirib.

T.Abbaslı onu da vurğulayıb ki, Müsavat Partiyası "Bizim Azərbaycan" blokundan çıxarılmayıb: "Biz başqana müraciət etmişik ki, əgər "Azadlıq" siyasi bloka çevriləcəyi təqdirdə Müsavat orada olacaqsa, onda "Bizim Azərbaycan" blokundan çıxarılacaq".

İsa Qəmbərə ya "Azadlıq" bloku, ya da "Bizim Azərbaycan" blokunu seçməyi təklif etdiklərini bildirən İDP rəhbəri müraciətlərinə hələ cavab verilmədiyini qeyd edib.

Qeyd edək ki, adıçəkilən blok iki hissəyə parçalanıb. Blokun bir hissəsi İsa Qəmbərin yanındadır. Digər hissəsi isə başqanın sədrliyini qəbul etmir.

Xəbər lenti

Xəbər lenti