...

Azərbaycan prezidenti vətəndaşların həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb

Siyasət Materials 17 Dekabr 2005 12:46 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da 2006-cı ilin yanvarın 1-dən 20-dək Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağrılması və hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, 1988-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1971-1987-ci illərdə doğulmuş, yaşı 35-dək olan və Respublikanın Silahlı Qüvvələrində hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları hərbi xidmətə çağrılır.

Həmçinin 2006-cı ilin yanvarın 1-dən 20-dək qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar ehtiyata buraxılır.

Xəbər lenti

Xəbər lenti