...

Müxalifətçi millət vəkilləri müxalifətdən onların ünvanına söylənilən ittihamlara cavab veriblər

Siyasət Materials 17 Dekabr 2005 13:48 (UTC +04:00)

"Seçkilərin nəticələrini tanımayan və mandatlarından imtina edən müxalifətçilər parlamentin fəaliyyətinə qouşlan müxalifətçi deputatları müxtəlif məqamlarda ittiham etməməlidirlər". Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, mandatdan imtina edən və seçkilərin nəticələrini tanımayan "Azadlıq" seçki blokunun rəsmiləri müxalifət qəzetlərində parlamentə gedən müxalifətçi millət vəkillərini iqtidara satılmaqda ittihamlayıblar və parlamentdə müxalifəti təmsil etmədiklərini bildiriblər.

F.Qəzənfəroğlu bildirib ki, həmin şəxslər cəmiyyəti aldatmaqla məşğul olurlar: "Mövqelərini sonadək qoruyub saxlaya bilməyəcəkdilərsə, niyə seçkilərə qoşuldular. Millətdən mandat qazanıblarsa, niyə parlamentə gəlməkdən imtina edirlər. Bu seçim də onların mövqesizliyindən, başqasına böhtan atmasından xəbər verir".

Müxalifətdən olan digər millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə də onların ünvanına söylənilən ittihamları qəbul etmədiyini bildirib: "Bu, şantajdan başqa bir şey deyil. Onlar bizi parlamentdən çəkindirməyə dəvət edirlər. Bəs özləri niyə apardığı mübarizənin effektsizliyini başa düşüb bundan əl çəkmirlər? Özlərinin çəkisini artırmaqdan ötrü belə fikirlər işlədirlər. Bunları əhəmiyyətsiz hesab edirəm".

"Yeni Siyasət" seçki blokundan millət vəkili seçilən Əli Məsimov da bu fikirdə olan insanları prinsipsizlikdə ittiham edib.

Xəbər lenti

Xəbər lenti