Arif Əsgərov: Gələn ilin may ayına kimi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun texniki –iqtisadi əsaslarının işçi layihəsi hazır olacaq

Arif Əsgərov: Gələn ilin may ayına kimi Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun texniki –iqtisadi əsaslarının işçi layihəsi hazır olacaq

Trend in Azərbaycan Dövlət Dəmiryolunun rəisi ilə müsahibəsi

- Azərbaycanın dəmir yolu sisteminin və infrastrukturunun inkihşafı istiqamətində ADDY tərəfindən hansı tədbirlər həyata keçirilir?

- 2005-ci ilin ötən müddəti ərzində investisiya layihələri üzrə işlər davam etdirilmişdir. Belə ki, ADDY-nun daxili imkanları hesabına dəmir yolunda xeyli həcmdə təmir -abadlıq işləri görülmüş, yeni sexlər açılmış və bununla da Azərbaycan Respublikası Prezidentinin ölkədə işsizliyin azaldılması istiqamətində nəzərdə tutulan proqramının reallaşması üzrə müəyyən işlər həyata keçirilmişdir.
AYİB-in krediti və dəmir yolunun vəsaiti hesabına Biləcəri yuyucu-buxarlayıcı stansiyası beynəlxalq standartlara uyğunlaşdırılaraq yenidən qurularaq istismara verilmək ərəfəsindədir. Nəticədə gün ərzində burada 250 çən vaqonunun daxildən və ilk dəfə olaraq 24 çən vaqonunun xaricdən yuyulması, həmçinin çirkli suların təmizlənərək təkrar istifadəyə qaytarılması texnologiyası da öz tətbiqini tapacaqdır.
Azərbaycan Dövlət Dəmir Yolunun istismar fəaliyyətinin yaxşılaşdırılması və hərəkət tərkiblərinin, yəni lokomotivlərin və vaqonların, maşın-mexanizmlərin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən texniki tədbirlər sayəsində təmir işlərinin həcminin və keyfiyyətinin yüksəldilməsinə nail olunmuşdur.

- Azəprbaycanın yaxın gələcəkdə Xəzər regionunun ən vacib nəqliyyat şəbəkəsinə çevriləcəyi proqnazlaşdırılır. Bu istiqamətdə Böyük İpək Yolu, "Şimal-Cənub" dəhlizi kimi iri layihələr realişdırılır. Hazırda bu layihələr üzrə işlər hansı səviyyədədir? "Şimal-Cənub" dəhlizinin fəaliyyətə başlaması nə vaxta proqnozlaşdırılır? Bu Azərbaycan ərazisindən yuklərin daşınmasına necə təsir edəcək?

- Azərbaycan Respublikasının "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına ümummilli lider Heydər Əliyev tərəfindən razılıq verildikdən sonra, bu istiqamətdə də bir sıra addımlar atılmışdır.
Nəqliyyat Nazirliyinin rəhbərliyinin İran İslam Respublikası və Rusiya Federasiyasının Nəqliyyat Nazirlikləri və aidiyyati qurumların rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə bu məsələlər ətraflı müzakirə edilmişdir. Məlumat üçün bildirək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası, Hindistan və Oman arasında 12 sentyabr 2000-ci il tarixində Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir.
Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan, Fars körfəzindən İran vasitəsilə Xəzəryanı regionlarla Rusiya Federasiyasına ordan Şimali Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını həyata keçirməyə imkan verəcəkdir.
19-21 may 2004-cü ildə Moskva şəhərində Rusiya, Azərbaycan və İran dəmir yolu rəhbərlərinin üçtərəfli müşavirəsi keçirilmiş, burada beynəlxalq Konsersiumun yaradıliması, üç ölkənin (marketinq tədqiqatları) dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işləri, ümumi məsələlər və birgə işlərin koordinasiyası (əlaqələndirilməsi) məsələləri müzakirə edilmişdir.
2005-ci ilin iyul ayının 24-27-də isə İranın paytaxtı Tehran şəhərində keçirilən tədbirdə bir sıra hazırlıq işlərinin görülməsi planlaşdırılmışdı. Həmin tədbirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq Konsersiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmişdir.
2005-ci il fevralın 9-da Bakıda keçirilən üçtərəfli görüşdə, əsasən, Rusiya, Azərbaycan və İran dəmir yollarının Qəzvin-Rəşt dəmir yolu xəttinin layihələşdirilməsi, tikintisi və gələcək istismarı, həmçinin Astara (Azərbaycan) -Astara (İran) dəmir yolu sahəsinin layihələşdirilməsi ilə əlaqədar təsis etdiyi Səhmdar Cəmiyyətin (SC) yaradılması, həmin cəmiyyətin nizamnamə kapitalının həcminin razılaşdırılması nəzərdə tutulmuşdur.
Dəhlizin keçəcəyi dövlətlərin dəmir yolu müdiriyyətləri bu prosesin sürətləndirilməsinin tərəfdarıdırlar. Yalama-Samur məntəqəsində Azərbaycan-Şimali Qafqaz dəmir yolları rəhbərlərinin görüşündə də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin regionumuzun iqtisadi inkişafındakı əhəmiyyəti, onun inkişafı istiqamətində həlli vacib məsələlər müzakirə edilmişdir. Həmin görüşdə eyni zamanda keçid məntəqəsində gecə-gündüz keçid rejiminin bərpa edilməsi, yoxlama proseduralarının sahənin müvafiq stansiyalarında aparılması və asanlaşdırılması üçün birgə komissiyanın yaradılması, həmçinin kommersiya, texniki, gömrük və sərhəd yoxlaması prosedurlarının sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məsələləri müzakirə olunmuşdur.
Azərbaycan tərəfi bu dəhlizin açılması ilə əlaqədar 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaqdır. İlkin hesablamalara görə, bunun üçün təxminən 60 milyard manat həcmində vəsait tələb olunur. Tikinti üçün torpaq sahəsi ayrılmışdır. İlk mərhələdə 4 yoldan 2-si ilə kifayətlənmək olar. Gələcəkdə daşıma həcmi artdıqca əlavə tədbirlər görülməlidir. Eyni zamanda, Azərbaycan tərəfində yeni gömrük və sərhəd nəzarət-buraxılış məntəqələrinin inşası da labüddür.
Azərbaycan Dövlət Dəmir Yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) və Astara (İran) dəmir yolu xəttinin və Astaraçay üzərində dəmir yolu körpüsünün inşası da nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında "Sərhəd dəmir yolu Sazişi" imzalanmışdır. İran tərəfi Astaraçay üzərində 101 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisini layihələşdirmiş və Azərbaycan tərəfi ilə razılaşdırmışdır. Burada tərəflərin 50 faiz payla iştirakı nəzərdə tutulur. İran tərəfi göstərilən körpüdən Astaraya (İran) qədər dəmir yolu tikintisini həyata keçirməlidir.
Eyni zamanda, dəmir yolunun mütəxəssisləri müxtəlif vaxtlarda Astara ( Azərbaycan) - Astara (İran) sahələrində görüşlər keçirmiş, bu nəqliyyat dəhlizinin açılmasını sürətləndirmək üçün bir sıra məsələləri müzakirə etmiş, birgə müvafiq layihə-axtarış işləri həyata keçirmiş və qarşılıqlı Memorandum imzalamışlar.
27 sentyabr 2005-ci ildə Moskva şəhərində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin tikintisi layihəsi üzrə Azərbaycan, İran və Rusiya dəmir yolları nümayəndələrinin müşavirəsi keçirilmişdir. Burada Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) yeni dəmir yolu xəttinin tikintisi və istismarı layihəsinin hazırlanmasının təşkili barədə razılığın həyata keçirilməsinin gedişi, layihənin icrasının başa çatdırılması üçün nəzərdə tutulan planlar haqqında məsələlər müzakirə edilmişdir.
2005-ci ilin 4-cü rübündə Azərbaycan, İran və Rusiya dəmir yolları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçtərəfli görüşündə layihənin gələcək icrası məsələlərinə baxılacaqdır.
Hazırda dəmir yolunun "Şimal-Cənub" nəqliyyat dəhlizi üzərində yerləşən Yalama-Astara sahəsində dəhlizlə ilkin mərhələlərdə nəzərdə tutulan 5 milyon tona qədər yük həcminin daşınmasının təmin edilməsi mümkündür. Proqnozlara görə, sonrakı mərhələdə, yük həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir ki, bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi də zəruridir. Bu istiqamətdə 2001-ci ildən başlayaraq müəyyən işlər görülmüşdür və hazırda da bu işlər davam etdirilir.
Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis "Azərbaycanın "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə" qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır.
18 noyabr 2005-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2005-ci il 20 sentyabr tarixli 984-IIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının qoşulduğu, 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmış "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş"in 3.2-ci bəndinin müddəalarını nəzərə alaraq imzaladığı sərəncama əsasən Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan kimi Nəqliyyat Nazirliyi təyin edilib.

- Kars-Axalkalaki-Bakı nəqliyyat dəhlizi artıq ideyadan reallığa çevrilir. Layihənin həyata keçirilməsi, maliyələhdirilməsi məsələrinə dair məlumat verməyinizi xahiş edirik?

- "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı" layihəsini dünyanın bir çox nüfuzlu qurumları dəstəkləyir. Bu barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Nəqliyyat üzrə Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılmışdır.
2004-cü il noyabrın 14-də Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş Nəqliyyat Nazirlərinin Konfransında Trans-Asiya və Trans-Avropa dəmir yolu şəbəkələrinin birləşdirilməsinin təmin edilməsində mühüm rol oynayacaq, Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinin yeni birbaşa dəmir yolu xətti hesab edilən "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı" layihəsinin vacibliyi və regional xarakter daşıması barədə Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən birgə Bəyannamə imzalanmışdır.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə ilk neft vurulması ərəfəsində Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları Prezidentlərinin 2005-ci il mayın 25-də Bakıda "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı" layiəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə Bəyənat imzalamışlar.
2005-ci il iyulun 21-də layihə üzrə marketinq işlərinin görülməsi və Texniki İqtisadi Əsaslandırma sənədlərinin hazırlanması məqsədilə Türkiyə Respublikasında keçirilmiş tenderdə "Yüksel Domaniç" şirkəti qalib elan edilmişdir. Bu ilin sonuna qədər mühəndis-dizayn işlərinin tamamlanması, gələn ilin ortalarına qədər isə Texniki İqtisadi Əsaslandırmanın hazır olacağı qərara alınmışdır.
2005-ci il sentyabrın 19-da İstanbul şəhərində Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədov, Gürcüstanın iqtisadi inkişaf naziri cənab İrakli Çoqovadze və Türkiyə Respublikasının nəqliyyat naziri Binəli Yıldırım arasında görüş keçirilmişdir. Görüşdə yeni dəmir yolu bağlantısı barədə Azərbaycan tərəfindən hazırlanmış "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı xətti" haqqında Saziş layihəsi Türkiyə və Gürcüstan tərəfinə təqdim edilmiş, Əlaqələndirmə Şurası yaradılmasına dair razılıq əldə edilmişdir.
Qars-Axalkalaki-Tbilsi-Bakı dəmir yolu bağlantısının uzunluğu 98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisində tikiləcək. İlkin qiymətləndirmə göstərib ki, yolun tikilməsi üçün 250 milyon ABŞ dolları həcmində vəsait lazım olacaq. Bunun da 200 milyon ABŞ dolları Türkiyə sahəsinə, 50 milyon ABŞ dolları Gürcüstan sahəsinə yönəldiləcək. Lakin layihənin toplam dəyəri 400 milyon ABŞ dolları həcmində dəyərləndirilir. Layihənin texniki-iqtisadi əsaslandırılmasını Türkiyə tərəfi öz üzərinə götürüb və bunun üçün 1 milyon dollar vəsait ayırıb. Yeni yolun uzunluğu köhnə yolla müqayisədə xeyli qısadır. Bu da Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsinin iqtisadi cəhətdən səmərəli olduğunu bir daha sübut edir.
Bir qrup ABŞ konqresmeni "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsini əngəlləmək üçün Qars-Gümrü dəmir yolunun mövcudluğunu ortaya atıblar. Bu, Amerika dövlətinin 10 ildən artıq müddətdə Azərbaycan torpaqlarının işğal altında olması faktına diqqət yetirməmələri, onların qeyri-konstruktiv mövqedə olduqlarını və Cənubi Qafqaz regionuna ikili standartlar çərçivəsində münasibət bəslədiklərini göstərir.
ABŞ-ın ermənipərəst konqresmenlərinin qətnamədə qaldırdığı məsələlərin qeyri-konstruktiv və qərəzli olduğunu qeyd etməklə yanaşı, bildiririk ki, adı çəkilən layihə üç dövlətin rəhbərləri-Gürcüstan, Türkiyə və Azərbaycan Respublikaları Prezidentlərinin nəzarəti və səyləri nəticəsində həyata keçirilir və layihənin məhz bu dövlətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
BMT-nin Avropa İqtisadi Komissiyasının Trans-Avropa dəmir yolları baş planının yekun hesabatına (mart 2005-ci il) bu layihə birinci dərəcəli prioritet layihə kimi və 4 bal qiyməti üzrə daxil edilmişdir.
Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsinin texniki- iqtisadi əsaslandırılması işlənir. Dekabrın sonlarında bu əsaslandırma Türkiyə şirkətlərinə təqdim olunacaq. Gələn ilin mayınadək isə sənədin işçi layihəsi hazır olacaq. Həmin müddətdə layihənin maliyyələşdirilməsi məsələsi də həll ediləcək. Hazırda bununla bağlı maliyyə qurumları ilə danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq, Yaponiyanın maliyyə institutları layihəyə böyük maraq göstərir.
TRASEKA dəhlizi ilə daşımalar zamanı yükvurma-yükboşaltma əməliyyatları Gürcüstan limanlarında həyata keçirilir. TRASEKA dəhlizinin yeni qolu olan Bakı-Tbilisi-Axalkalaki-Qars bağlantısı Asiyadan Avropayadək yalnız bir növ nəqliyyatla həyata keçiriləcək. Bu da həm iqtisadi cəhətdən, həm də danışıqlar aparılması üçün çox səmərəlidir. Qarsdan Axalkalakiyə qədər relslər arası məsafə Avropa standartlarına uyğun olacaqdır. Axalkalakinin özündə və ətrafında vaqonların dəyişmə məntəqəsinin yaradılması nəzərdə tutulur. Erməni lobbisi bu bağlantıya mane olmaq istəyir.
Bütün bu işlər - Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının imzaladığı bəyannamə əsasında həyata keçirilir. Azərbaycan, Gürcüstan və Türkiyə inanır ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsində beynəlxalq təsisatların, xarici dövlətlərin və maraqlı olan sərmayəçilərin iştirakı qarşılıqlı bəhrə verəcəkdir. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev BMT Baş Məclisinin 60-cı sessiyasının ikinci komitəsində belə bəyanatla çıxış edərək vurğulamışdır ki, bölgədə ticarət və iqtisadi əlaqələrin möhkəmlənməsi, uzunmüddətli əməkdaşlıq üçün regional nəqliyyat şəbəkəsinin qurulması vacibdir. Bu, Cənubi Qafqaz və bütün Avrasiya bölgəsində davamlı inkişaf və təhlükəsizliyin təminatçısı olacaqdır.
Bu ilin may ayında Azərbaycan, Gürcüstan və Türkiyə Prezidentlərinin Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yoluna dair imzaladıqları birgə bəyannamədə göstərildiyi kimi, Avropanın yeni qonşuluq siyasəti ruhunda həyata keçirilən bu layihə Şərq-Qərb dəhlizinin vacib hissəsidir. Hazırda layihənin Qars-Axalkalaki hissəsində aparılan bir sıra mühəndis-texniki işlər 2005-ci ilin sonunadək yekunlaşmalıdır, tikinti isə 2006-cı ilin ortalarında başlanmalıdır. Beləliklə, Türkiyə və Gürcüstanın dəmir yollarının birləşməsi, habelə Bosfor boğazının altından dəmir yolu tunelinin çəkilməsi Avropadan bütün bölgə dövlətlərinə və əks istiqamətdə maneəsiz daşınmaları təmin edəcəkdir. Ətraf mühitin qorunması cəhətdən təhlükəsiz, iqtisadi baxımdan səmərəli olan bu layihə beynəlxalq ticarətin sürətlə artdığı və dövlətlərin ehtiyacı ödəyəcək nəqliyyat şəbəkəsi axtardığı bir dövrə təsadüf edir. Layihənin həyata keçirilməsi istiqamətində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının səyləri olduqca dəyərli və təqdirəlayiqdir. Növbəti mühüm addım Qars-Axalkalaki-Tbilisi-Bakı xəttinin bütün hissələrinin Transavropa Dəmir Yolu Şəbəkəsinin planına qoşulması olmalıdır. Onu da xatırladaq ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinə dair Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 2005-ci il 25 may tarixli bəyannaməsi BMT Baş Məclisinin 60-cı sessiyasının rəsmi sənədi kimi yayılmışdır.
2005-ci il dekabrın 5-7-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının "Qars-Axalkalaki-Tbilisi-Bakı yeni dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsi üzrə dövlətlərarası işçi qruplarının nümayəndələrinin yığıncağı keçirilmişdir. Görüşdə marketinq tədqiqatlarının aparılması və "Pre-feasibility Study"nin işlənməsi üzrə keçirilən beynəlxalq tenderin qalibi olan Türkiyənin "Yüksel Domaniç" şirkətinin nümayəndələri də iştirak etmişdir.
Tərəflər "Yüksel Domaniç" şirkətinin layihə üzrə gördüyü işlər barədə hesabatının təqdimatını dinləmişlər. Burada Gürcüstan tərəfi "Yüksel Domaniç" şirkətinin sosial-iqtisadi və marketinq baxımından layihədə sərnişin, eləcə də yük axınının mövcud vəziyyətini və proqnozları aşkar etmək istiqamətində iş aparmağın vacibliyini nəzərə çatdırdı. Qeyd edildi ki, şirkət bu barədə əlavə məlumatları Gürcüstan tərəfinə təqdim etməlidir. Türkiyə tərəfi gürcüstanlı həmkarlarının iradlarına cavab olaraq tərəflərə məlumat verdi ki, layihə 2006-cı ilin fevralınadək hazır olacaq və rəsmi kanallarla tərəflərə çatdırılacaqdır.
Gürcüstan tərəfi Türkiyə və Gürcüstan tərəflərinin nümayəndələrinin nəzərdə tutulan marşrutun keçəcəyi sahəyə - "Axalkalaki stansiyası - Türkiyə-Gürcüstan sərhədi"nə baxışını təşkil etdi.

- TRACECA dəhlizinə əlavə konteyner yüklərinin cəlb edilməsi ilə bağlı Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında razılıq protokolu imzalanıb. Protokolda nəzərdə tutulan məsələlərin icrası təmin edilibmi? Bu istqamətdə pilot layihənin həyata keçirilməsi də nəzərdə tutulurdu?

- 2005-ci ilin iyun ayında Bakıda-Nəqliyyat Nazirliyində Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat, kommunikasiya və iqtisadi inkişaf nazirliklərinin rəhbər strukturlarının nümayəndələri TRASEKA dəhlizi vasitəsilə ilk sınaq konteyner qatarının istismara verilməsi ilə bağlı ilkin razılıq əldə edildi. Tərəflər arasında keçirilən növbəti görüşlərdə bu ölkələrdə beynəlxalq yüklərin daşınmasında tətbiq olunan tariflərin vahid formasının işlənilməsi, sərhəd-keçid məntəqələrində tətbiq olunan prosedur qaydalarının asanlaşdırılması ilə bağlı razılıq əldə olunub.
Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə pilot layihəsi çərçivəsində konteyner qatarının göndərilməsi ilə bağlı Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Qazaxıstan Respublikaları dəmir yolları ekspertlərinin növbəti üçtərəfli görüşü keçirilmişdir.
Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə pilot layihəsi üzrə konteyner qatarının buraxılışı üzrə ilk addımın artıq atıldığı və gələcəkdə böyük bəhrələr verəcəyi, həmçinin Çin tərəfinin də bu qatarın təşkilində maraqlı olduğu qeyd olunmuşdur.
Azərbaycan tərəfi Bolqarıstan dəmir yollarının da adı çəkilən layihəyə maraq göstərdiyini qeyd etmişdir.
Üçtərəfli görüşdə bir sıra vacib məsələlər də müzakirə edilmişdir: Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə konteyner qatarının hərəkt cədvəlinin müəyyən edilməsi; baş operatorun təyin edilməsi məsələsi üzrə görüş vaxtının və yerinin müəyyən edilməsi; gələcəkdə konteyner qatarlarının qovuşmasının təşkili məqsədi ilə Çin tərəfinin ekspertlər qrupuna daxil edilməsi; Bolqarıstan dəmir yollarının ekspertlər qrupuna daxil edilməsi məsələləri də müzakirə olunmuşdur.
Müzakirələr zamanı cədvəllərə baxılmış və razılaşdırılmışdır. Gürcüstan tərəfi öz şirkətlərinin baş operator təyin edilməsini təklif etmişdir. Azərbaycan tərəfi isə işin daha da səmərəli olması üçün beynəlxalq təcrübəyə malik operatorun layihəyə təyin edilməsi təklifi ilə çıxış etmişdir. Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə konteyner qatarı ilə yük daşımalarına cavabdeh olan Baş operatorun və köməkçi-operatorların təyin edilməsi məqsədi ilə Tərəflər 5-6- dekabr 2005-ci il tarixdə Tbilisi şəhərində dəmir yollarının rəhbərləri səviyyəsində, operatorların iştirakı ilə, görüş keçirmişlər.
Həmin tədbirdə Qazaxıstan və Gürcüstan Respublikaları səlahiyyətli nümayəndələrinin işçi qrupları Poti-Bakı-Aktau-Almatı pilot konteyner qatarının dekabrın 24-də ilk reysə çıxması barədə qərar qəbul etmişlər.
Toplantıda Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini İqbal Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı Bakı beynəlxalq ticarət limanının, Xəzər Dəniz Gəmiçiliyinin və Bolqarıstan dəmir yolunun nümayəndələri də iştirak etmişlər.
Qatar müntəzəm olaraq həftədə iki dəfə reys həyata keçirəcək. 24 vaqonlu konteyner qatarı birinci dəfə Poti limanından yola düşəcək. Bolqarıstan tərəfi layihəyə Varna və Burqas limanlarının da layihəyə qoşulmaq təklifi ilə çıxış etmişdir.
Onu da deyək ki, Poti-Bakı-Aktau-Almatı marşrutunun işə düşməsi layihəsi TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artmasına və bilavasitə bərə konteyner daşımalarının artmasına imkan verəcəkdir.
Konteyner qatarının bu ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulsa da, tərəflər arasında bəzi texniki prosedurların razılaşdırılmaması səbəbindən təxirə salındı. İlin sonunadək Avropa-Asiya-Qafqaz (TRASEKA) dəhlizi vasitəsilə ilk konteyner qatarları istismara buraxılacaq.

- Qazaxstanda neft hasilatının artması yukdaşımalara necə təsir edəcək? Sistern parkı əlavə yüklərin daşınmasına imkan verəcəkmi?

- Azərbaycan Dövlət Dəmir Yolunun vaqon parkının səviyyəsi imkan verir ki, neft daşımalarında artan həcmi təmin etsin. O cümlədən, Qazaxıstan neftinin hasilatının artacağı təqdirdə daşımalarda problem yaranmayacaq.

Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Loading Bars
Xəbər lenti
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bütün xəbərlər