...

Azərbaycanla İraq arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlərin layihələri hazırlanıb

Siyasət Materials 20 Dekabr 2005 15:45 (UTC +04:00)

Azərbaycanla İraq arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sazişlərin layihələri hazırlanıb. Bu barədə Trend ə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib.

Bu sazişlər, əsasən Bakı və Bağdad, həmçinin, İraqın digər iri şəhərləri arasında aviareyslərin açılması, iqtisadi, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlıq haqqındadır. Layihələr artıq İraq hökumətinə baxılmaya verilib. Səfir yeni hökumət tərəfindən bu məsələnin uzadılmayacağına və yaxın vaxtlarda layihələrin razılaşdırılaraq imzalanacağına ümid etdiyini bildirib.

İraqda keçirilmiş parlament seçkilərinə gəldikdə, diplomat qeyd edib ki, nəticələr 2 həftə ərzində rəsmən elan olunacaq. O, yeni parlament və hökumətin fəaliyyətinin uzunmüddətli olacağına və nəzərdə tutulmuş bütün məsələləri həyata keçirə biləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti