...

Kşiştof Krayevski: Polşa Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 22 Dekabr 2005 13:08 (UTC +04:00)
Kşiştof Krayevski: Polşa Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır

Polşa Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Trend bildirir ki, dekabrın 22-də keçirilən mətbuat konfransında Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bu barədə bəyan edib.

Diplomat ötən ilin yekunlarına nəzər salaraq bəyan edib ki, ötən il qarşılıqlı səfərlərlə zəngin olub və həmin səfərlər zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, bir sıra sazişlər imzalanıb. Səfirin sözlərinə görə, Azərbaycan ilə Polşa arasında hüquqi- müqavilə bazası iqtisadi, gömrük, hərbi-texniki sahələrdə əməkdaşlıqla bağlı 8 sənədi əhatə edir.

Amma, səfir hesab edir ki, bu, kifayət deyil. O, həmçinin iki ölkə arasında mal dövriyyəsinin səviyyəsinin qənaətbəxş olmadığını bildirib. Onun sözlərinə görə, bu il mal dövriyyəsinin həcmi cəmi $50 mln. təşkil edib, bu isə mövcud potensial müqabilində aşağı göstəricidir.

K.Krayevskinin sözlərinə görə, formalaşdırılma mərhələsində olan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bütün bu məsələləri həll edəcək. Səfir həm də bildirib ki, Polşa tərəfdən komissiyanın həmsədri və tərkibi ilin sonunadək dəqiqləşdiriləcək.

K.Krayevski mədəniyyət, elm və humanitar sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Onun sözlərinə görə, bu sahələrdə daha da inkişaf etdirilən yaxşı münasibətlər qurulub.

Siyasi münasibətlərə toxunan diplomat bəyan edib ki, Polşa Avropa strukturlarına inteqrasiyada Azərbaycanı dəstəkləyir və bu sahədə təcrübə mübadiləsi aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti