...

Rusiyada Azərbaycan İli Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" baletinin nümayişi ilə başa çatacaq

Siyasət Materials 22 Dekabr 2005 18:04 (UTC +04:00)

Rusiyada Azərbaycan ili Azərbaycanın xalq artisti və mədəniyyət naziri Polad Bülbüloğlunun "Məhəbbət və ölüm" baletinin nümayişi ilə başa çatacaq. Bu barədə Trend ə AR mədəniyyət nazirliyində bildirilib.

Rusiyada Azərbaycan İlinin təntənəli bağlanış mərasimi dekabrın 26-na planlaşdırılıb. Nazirlikdə bildirilib ki, balet Dövlət simfonik orkestri, Dövlət opera və balet teatrı və Dövlət rəqs ansamlının iştirakı ilə Böyük teatrın səhnəsində təqdim ediləcək. Balet "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında yazılıb.

Xatırladaq ki, Rusiyada Azərbaycan ilinin bağlanış mərasimində RF rəhbərliyinin rəsmi şəxslərinin, xüsusilə RF baş naziri Mixayıl Fradkov, hökumət üzvləri, Rusiya ziyalıları və siyasi xadimlərinin, eləcə də ölkə ictiimaiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti