...

Şarca Əmirliyinin əmirinin Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 26 Dekabr 2005 17:34 (UTC +04:00)

Birləşmitş Ərəb Əmirliklərinin Şarca Əmirliyinin əmiri Ben Məhəmməd əl-Qasıminin Azərbaycana planlaşdırılan səfəri texniki səbəblərdən təxirə salınıb. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Bununla paralel olaraq Şarca Əmirliyində Azərbaycanın mədəniyyət günləri də bir qədər sonraya müəyyən olunub. Səfər çərçivəsində iki ölkənin iş adamlarının iştirakf ilə biznes-forumun keçirilməsi nəzərdə tutulub ki, burada iki ölkənin investisiya imkanları və biznes-iqlimi nəzərdən keçiriləcək.

XİN-dən verilən məlumata görə, bu tədbirin keçirilməsi vaxtı da bir qədər sonraya təyin edilib. Şarca nümayəndə heyətinin Azərbaycana səfərinin yeni müddəti yaxın vaxtlarda müəyyən olunacaq.

Qeyd edək ki, Şarca Əmirliyi Birləşmiş Ərəb Əmirliklərində əhəmiyyətinə görə 3-dür və onun payına bütün ölkədə istehsal olunan məhsulun 60 % -i düşür.

Xəbər lenti

Xəbər lenti