...

Azərbaycan və Misir arasında 4 yeni sənəd imzalanıb

Siyasət Materials 27 Dekabr 2005 17:54 (UTC +04:00)
Azərbaycan və Misir arasında 4 yeni sənəd imzalanıb

Azərbaycanla Misir arasında iqtisadi və elmi-əməkdaşlıq üzrə birgə komissiyanın dekabrın 27-də işini başa vuran 2-ci iclası əməkdaşlığın inkişafı üzrə 4 sənədin imlanması ilə başa çatıb.. Bu barədə Trend ə Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Ağasəlim Şükürov məlumat verib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlar nəticəsində birgə komissiyanın 2-ci birgə iclasının protokolu, " Səhiyyə sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma barədə", Memorandum, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Misirin xarici ticarət Nazirliyi arasında "Ticarət üzrə informasiya mübadiləsi barədəe" Memorandum və "Maliyyə Nazirlikləri arasında əməkdaşlıq barədə" Razılaşma imzalanıb.

Aparılan danışıqlarda Azərbaycanda insulin istehsalı üzrə birgə zavodun tikintisi ilə bağlı razılıq əldə olunub. A.Şükürovun sözlərinə görə, zavod Azərbaycanın və qonşu ölkələrin bu preparata olan tələbatını ödəyəcək. Layihənin detalları iki ölkənin ekspertlərinin qarşıdakı görüşü zamanı işlənib hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti