...

Azadlıq Hərəkatçılar Birliyi yanvarın 18-də qurultay keçirəcək

Siyasət Materials 7 Yanvar 2006 12:20 (UTC +04:00)

Azadlıq Hərəkatçılar Birliyi (AHB) yanvarın 18-də qurultay keçirəcək. Trend xəbər verir ki, AHB qurultaya hazırlıqla bağlı 9 nəfərdən ibarət təşkilat komitəsi yaradıb.

Onu da qeyd edək ki, AHB Milli Dirçəliş Hərəkatının (MDH) qərargahında toplantı keçirərək bu barədə qərar qəbul edib. MDH-nin lideri Fərəc Quliyev Trend ə bildirib ki, hərəkatçılara toplantı keçirmək üçün yalnız yer verilib: "Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Gələcəkdə əməkdaşlıq edə bilərik".

F.Quliyev AHB-nin toplantısında müavini Taleh Seyidovun müşahidəçi qismində iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, AHB-də yalnız milli azadlıq hərəkatında iştirak etmiş insanlar təmsil olunur.

Xəbər lenti

Xəbər lenti