...

Müsavat Partiyası təkrar seçkilərdə iştirakla bağlı yanvarın sonu fevralın əvvəlində qərar verəcək

Siyasət Materials 9 Yanvar 2006 12:40 (UTC +04:00)

"Müsavat Partiyası 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirakla bağlı yanvarın sonu fevralın əvvəlində Divanın iclasında qərar verəcək". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

O, həmçinin, qeyd edib ki, partiyada təkrar seçkilərə qatılmaq istəyən insanlar da var. Bu məsələ ilə bağlı müxtəlif mövqelərin olduğunu deyən A.Hacılı Divanın qərarını gözləməyi məsləhət bilib.

Onun özünün təkrar seçkilərdə iştirak edib-etməyəcəyi məsələsinə gəldikdə isə A.Hacılı bildirib: "Hələlik bu barədə qəti qərarım yoxdur. Onu da qeyd edim ki, Divanın qərarının qəbul edəcəyim qərara heç bir aidiyyatı olmayacaq".

Xəbər lenti

Xəbər lenti