...

Parisdə lord Rassel Constonun Dağlıq Qarabağ münaqişəsi üzrə hesabatı təsdiq olunub

Siyasət Materials 9 Yanvar 2006 20:42 (UTC +04:00)
Parisdə lord Rassel Constonun Dağlıq Qarabağ münaqişəsi üzrə hesabatı təsdiq olunub

Yanvarın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt Komitəsinin rəhbəri lord Rassel Constonun hesabatı qəbul edilib. Bu barədə Trend ə Alt Komitənin üzvü Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, lordun təqdim etdiyi hesabat müzakirələrin yekunu olaraq Alt Komitənin iclasında təsdiq edilib. "Ermənistanın nümayəndə heyəti müzakirələrdən "muxtariyyət modeli" ifadəsini çıxarmağa cəhd ediblər. Bununla bağlı, ciddi müzakirələr aparılıb və Alt Komitə erməni tərəfinin bu təklifini qəbul etməyib. Və bütünlükdə lord Rasselin hesabatı təsdiq olunub".

A.Mollazadənin sözlərinə görə, lordun hesabatı AŞPA-nın yanvarın sonlarında keçiriləcək qış sessiyasında dinləniləcək. Alt Komitənin növbəti iclası isə martın 15-nə təyin edilib.

A.Mollazadə həmçinin, onu da bildirib ki, Parisdə keçirilən AŞPA Bürosunun iclasında Azərbaycanla bağlı məsələ qaldırılmayıb.

Xəbər lenti

Xəbər lenti