...

İqbal Ağazadə Türkiyə səfiri Turan Moralı ilə görüş keçirib

Siyasət Materials 13 Yanvar 2006 17:20 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yanvarın 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Turan Moralı ilə görüş keçirib. Bu barədə Trend ə Ümid Partiyasından məlumat verilib.

Görüşdə, əsasən Türkiyə-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Qarabağ probleminin həlli istiqamətində son günlər səsləndirilən fikirlər, bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi və problemin həllində Türkiyənin rolu barədə fikir mübadiləsi aparılıb.

İqbal Ağazadə ötən Milli Məclisdə Qarabağ Fraksiyasının fəaliyyət göstərdiyini və Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı dünyaya obyektiv məlumatların yayılmasında gördüyü işlərdən danışıb. O, həmçinin, Türkiyənin Böyük Millət Məclisi üzvlərinin bu məsələdə göstərdikləri köməyi xatırladıb.

Xəbər lenti

Xəbər lenti