...

İsveçrənin XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 23 Yanvar 2006 14:21 (UTC +04:00)

İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Rey Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan XİN-dən Trend ə verilən məlumata görə, bu məsələyə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Cenevrəyə işgüzar səfəri zamanı İsveçrə XİN-nin dövlət katibi M.Ambuxlla apardığı danışıqlar zamanı toxunulub.

Tərəflər, həmçinin, 2006-cı ilin birinci rübündə Berndə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclasının keçirilməsinə dair razılığa gəlib. Görüşdə yaxın vaxtlarda əməkdaşlıq haqqında bir sıra sazişin, xüsusilə "İki ölkənin xarici işlər nazirlikləri arasında birgə miqrasiya bəyanatı", "İnvestisiyaların qorunması və təşviqi haqqında saziş", "İkiqat vergi qoymanın aradan qaldırılması haqqında saziş" və "Texniki, maliyyə və humanitar sahələrdə əməkdaşlıq haqqında saziş"in imzalanması ilə bağlı məsələ müzakirə olunub.

Görüş zamanı tərəflər, həmçinin, dövlət sərhədlərinin təhlükəsizliyi və qorunması ilə bağlı məsələləri nəzərdən keçirib. Bundan başqa Dağlıq Qarabağ münaqişəsi, kənd təsərrüfatı, turizm, ekologiya, mədəniyyət, təhsil və digər sahələrdə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti