...

Arif Hacılı: Təkrar seçkilərə qatılan müsavatçıları ciddi cəza gözləyir

Siyasət Materials 26 Yanvar 2006 15:44 (UTC +04:00)

"Təkrar seçkilərdə namizədliyini irəli sürən Müsavat Partiyasının üzvlərini ciddi cəza gözləyir". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı Müsavat Partiyasının iki üzvü - Tahir Paşa və Qurban Qurbanov Mərkəzi Seçki Komissiyasına müraciət edərək imza vərəqələri götürüb.

A.Hacılı isə bildirib ki, təkrar seçkilərdə iştirak etməklə bağlı hələlik Müsavat Partiyasının yekdil qərarı yoxdur: "Bu prosesə qatılanlar Müsavat Partiyasının üzvü sayıla bilməz. Əgər partiya təkrar seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edərsə və namizədliyini verən partiya üzvləri bu qərara tabe olmazlarsa onları ciddi cəza gözləyəcək".

Xəbər lenti

Xəbər lenti