...

Nardaran qəsəbəsi ərazisində polis qüvvəsi gücləndirilib

Siyasət Materials 27 Yanvar 2006 13:05 (UTC +04:00)

Yanvarın 27-də Bakı şəhəri, Nardaran qəsəbəsindəki İmam Hüseyn meydanında planlaşdırılan icazəsiz aksiya ilə əlaqədar olaraq həmin ərazidə polis qüvvəsi gücləndirilib. Bu barədə Trend ə həmin əraziyə nəzarət edən 14 saylı polis bölməsinin rəisi Kərəm Rzayev məlumat verib.

"Polis qüvvəsinin ərazidə gücləndirilməsinə səbəb baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçündür. Ərazi nəzarətə götürüb və sakinlərlə polis arasında qarşıdurmanın yaranmaması üçün əlimizdən gələn tədbirləri qanun çərçivəsində həyata keçirəcəyik".

Bölmə rəisinin sözlərinə görə, bölmə əməkdaşları ilə yanaşı əraziyə Sabunçu rayon Polis İdarəsinin polis əməkdaşları da göndərilib.

Qeyd edək ki, saat 13.30-a planlaşdırılan aksiya yanvarın 25-də qəsəbə ərazisində bir qrup silahlı ilə polis işçiləri arasında baş vermiş qarşıdurma zamanı qəsəbə sakini Ramiz Həsənovun öldürülməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti