...

İlham Əliyev Kanadanın baş naziri və Küveyt əmirinə təbrik məktubu göndərib

Siyasət Materials 30 Yanvar 2006 17:05 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev yanarın 30-da Kanadanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə Stiven Harperə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Əminəm ki, Azərbaycan və Kanada arasında yaranmış dostluq münasibətləri hər iki xalqın mənafeyinə uyğun olaraq gələcəkdə də inkişaf edəcək və genişlənəcək".

Dövlət başçısı Küveyt dövlətinin əmiri vəzifəsinə seçilməsi münasibətilə Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı da təbrik edib. Məktubda bildirilir ki, Azərbaycan dost Küveytlə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. "Mən əminəm ki, ikitərəfli əlaqələr gələcəkdə də hərtərəfli inkişaf etdiriləcək", - deyə məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti