...

Oqtay Əsədov: "Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməyəcək"

Siyasət Materials 1 Fevral 2006 11:08 (UTC +04:00)
Oqtay Əsədov: "Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməyəcək"

"Parlamentdə Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmur. Hazırkı Məcəllə qüvvədə qalır". Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov bəyan edib.

Onun sözlərinə görə, parlamentin yaxın vaxtlarda keçiriləcək iclaslarında Mərkəzi Seçki Komissiyası ilə bağlı məsələ müzakirə olunacaq, lakin Məcəllənin özü müzakirəyə çıxarılmamalıdır.

Müxalifətdən olan bəzi deputatların parlamentin iclaslarında iştirak etməməsinə gəldikdə spiker qeyd edib ki, hər bir deputat mandatı 40 min nəfər seçici deməkdir və müxalifətçilər onların namizədliyini dəstəkləmiş vətəndaşların fikrinə hörmətlə yanaşmalıdır.

"Ümidvaram ki, həmin deputatlar Milli Məclisin yaz sessiyasının iclaslarında iştirak edəcək", - deyə O.Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti