...

Mədət Quliyev: "Hərbi cinayətlərə görə axtarışda olan 72 nəfərdən təqribən 40 nəfəri ermənidir"

Siyasət Materials 1 Fevral 2006 14:46 (UTC +04:00)

Hərbi cinayətlərə görə İnterpol xətti ilə axtarışda olan 72 nəfərdən təqribən 40 nəfəri ermənidir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Mədət Quliyev məlumat verib.

M.Quliyev bildirib ki, həmin şəxslərin əksəriyyəti hazırda Ermənistanda yaşayır. Bu səbəbdən də onların tutularaq Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi problemə çevrilib. "Hərbi cinayətlər törətmiş şəxslərin axtarışı hazırda 60 dövlətdə aparılır. Ancaq biz çalışırıq ki, yaxın vaxtlarda onların axtarışını İnterpolun üzvü olan dövlətlərin hamısında - yəni 164 ölkədə də təşkil edək" - deyə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi söyləyib.

Mədət Quliyev "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə Tahir Xubanov barəsində İnterpol xətti ilə elan edilmiş axtarışın da hələlik müsbət nəticə vermədiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti