...

Demokratik İslahatlar Partiyası Azərbaycanda Avropa seçki sisteminin tətbiq olunmasını təklif edir

Siyasət Materials 6 Fevral 2006 18:04 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası (DİP) Azərbaycandakı mövcud seçki sisteminin Avropanın demokratik seçki sisteminə uyğunlaşdırılmasını təklif edir. Partiyadan Trend ə verilən məlumatda bildirilir ki, DİP Azərbaycan qanunvericiliyinin dəyişdiridlməsi və Avropadakı mövcud qanunlara uyğunlaşdırılması təşəbbüsü ilə çıxış edir.

"Ölkəmizdə seçkilərin şəfaf, ədalətli keçirilməsi üçün demokratik seçki qanunlarının qəbulu və bu qanunların tələblərinə uyğun fəaliyyət göstərən peşəkarlardan ibarət seçki qurumlarının formalaşdırılması vacibdir. Dünyadakı qabaqcıl seçki sistemi təcrübəsinə görə də seçkilər hüquq sistemini dərindən qavrayan, geniş hüquqi biliklərə malik olan, siyasi təmsilçiliyi olmayan peşəkar dövlət məmurları keçirirlər. Siyasi partiyalar və qeyri-hökumət təşkilatları isə seçki prosesində müşahidəçi qismində iştirak edirlər"-deyə DİP-in bəyanatında bildirilir.

Partiya hesab edir ki, Azərbaycan Avro-atlantik məkana inteqrasiya yolu tutduğundan burada Avropanın seçki sistemi modelinə üstünlük verilməlidir.

Xəbər lenti

Xəbər lenti