...

Mübariz Qurbanlı: "Yeni Azərbaycan Partiyasının 2006-cı il fəaliyyət planı təsdiqlənib"

Siyasət Materials 6 Fevral 2006 18:08 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının (YAP) 2005-ci ildəki fəaliyyəti uğurlu olub, 2006-cı ildə isə fəaliyyət planı daha da geniş formada təsdiqlənib". Bu barədə Trend ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Onu da bildirək ki, YAP ötən gün rayon və şəhər təşkilat sədrlərinin iştirak ilə ümumrespublika müşavirəsi keçirib. Müşavirədə partiyanın 2005-ci il fəaliyyəti müzakirə olunub. 2006-cı il üçün isə fəaliyyət planı təsdiqlənib. M.Qurbanlı qeyd edib ki, ötən il partiya üçün uğurlu olub: "Partiyanın 3-cü qurultayını keçirdik, parlament seçkilərində böyük qələbə əldə etdik, Türkiyənin hakim - Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlıqla bağlı razılaşma əldə etdik, partiyamız beynəlxalq əlaqələrini genişləndirdi. Üzvlərimizin sayı 380 minə çatdı. Təkcə ötən ildə partiyay 25 min üzv qəbul olundu".

M.Qurbanlı onu da bildirib ki, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin müşavirəsi ildə bir dəfə yox, vaxtaşırı çağırılır. M.Qurbanlı onu da vurğulayıb ki, 2006-cı il Azərbaycanda böyük dəyişikliklər ili olacağını nəzərə alın YAP fəaliyyət planını da bu istiqamətdə təsdiqləyib: "Ümid edirəm ki, YAP ildən ilə öz uğurlarına imza atacaq. Bunu deməyə əsas tutduğumuz mövqe və cəmiyyət, xalq tərəfindən dəstəklənməyimizdir".

Xəbər lenti

Xəbər lenti