...

2005-ci ildə Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün $153 mln vəsait xərcləyib

Siyasət Materials 7 Fevral 2006 13:18 (UTC +04:00)
2005-ci ildə Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün $153 mln vəsait xərcləyib

2005-ci ildə Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin ehtiyacları üçün $153 mln vəsait xərcləyib. Trend in verdiyi xəbərə görə, bu barədə fevralın 7-də beynəlxalq humanitar təşkilatların və donor ölkələrinin nümayəndələrinin və Azərbaycan hökumətinin baş nazirinin birinci müavini, qaçqınların və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iştirakı ilə keçirilən müşavirədə bildirilib.

Onun sözlərinə görə, bu vəsaitin $60 milyonu Dövlət Neft Fondunun, $10 milyonu Dövlət Neft Şirkətinin, digər hissəsi isə dövlət büdcəsinin payına düşür. Ötən il beynəlxalq təşkilatlar Azərbaycana bu məqsədlər üçün $30 milyon vəsait veriblər.

Vəsait Azərbaycanın məcburi köçkünləri üçün qəsəbələrin tikintisinin daxil olduğu müxtəlif proqram və layihələrin reallaşdırılmasına, oradakı infrastrukturun inkişafına, bu kateqoriyadan olanşəxslərə müxtəlif sosial yardımların göstərilməsinə yönəlib.

Dövlət Komitəsinin sədrinin sözlərinə görə, 2005-ci ildə 140 minə yaxın qaçqın və məcburi köçkünəərzaq yardımı göstərilib. Bu müddət ərzində 3860 evlik 13 qəsəbə, 15 məktəb, 5 uşaq evi, 10 səhiyyə obyekti tikilib. Uzunluğu 114 km olan yol, 140 km uzunluğunda su kəməri çəkilib. 25 min məcburi köçkün işlə təmin olunub.

"Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin problemlərini daimi diqqət altında saxlayır, ildən ilə onlara qayğını artırır. Lakin bütün bu görülən işlər bu kateqoriyadan olan şəxslərin bütün problemlərinin həlli üçün kifayət deyil. Onlar tam şəkildə vətənə qayıdana kimi onların humanitar yardıma ehtiyacı var",- deyə Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qaçqın və məxburi köçkünləri arasında yoxsulluğun səviyyəsi bu gün 57% təşkil edir. Azərbaycanda bu göstərici 27-29% təşkil edir.

Müşavirədə BMT-nin Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Uilyam Tol, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların və maliyyə institutlarının nümaynədələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti