...

Keçmiş "Vətəndaş cəmiyyəti qurucuları" Seçki Blokunun üzvləri təkrar seçkiyə fərdi qaydada qatılacaq

Siyasət Materials 7 Fevral 2006 17:31 (UTC +04:00)

"Vətəndaş cəmiyyəti qurucuları" Seçki Bloku 13 mayda keçiriləcək təkrar parlament seçkilərində blok formasında iştirak etməyəcək. Bu barədə Trend ə seçki blokunun təsisçilərindən biri, Ehtiyatda və İstefada Olan Zabitlər İttifaqının sədri Yaşar Cəfərli məlumat verib. O, bildirib ki, seçki blokundla təmsil olunmuş təşkilatlar və şəxslər təkrar seçkidə fərdi qaydada iştirak edəcəklər. Çünki ötən il 6 noyabr parlament seçkilərinin nəticələri təsdiqləndikdən sonra "Vətəndaş cəmiyyəti qurucuları" Seçki Bloku rəsmən buraxıldı. Yaşar Cəfərlinin sözlərinə görə, blokun üzvlərinin təkrar seçkidə iştirak edib-etməyəcəkləri isə onların öz ixtiyarına buraxıldı.

Əgər kimsə təkrar seçkidə iştirak etmək istəsə, o, artıq fərdi qaydada namizədliyi verəcək. "Vətəndaş cəmiyyəti qurucuları" seçki bloku isə bərpa edilməyəcək. Bizim təşkilatdan seçkiyə qatılmaq istəyən yoxdur"-deyə Y.Cəfərli bildirib.

Xəbər lenti

Xəbər lenti