...

Azərbaycan Yolu Siyasi Hərəkat Ukraynanın Regionlar Partiyası ilə əməkdaşlıq edəcək

Siyasət Materials 8 Fevral 2006 16:04 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatın lideri İlqar Qasımov Ukraynada keçmiş baş nazir Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyası funksionerləri ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən hərəkatın mətbuat xidmətindən bildiriblər.

Görüşdə Ukrayna Ali Radasının deputatı Taras Çernovol və Ukraynanın İsveçdəki keçmiş səfiri, Regionlar partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Leonid Kojar iştirak edib. İ.Qasımov Azərbaycandan kənardakı müxtəlif siyasi qüvvələrlə əlaqələr yaratmaq istəyində olduğunu bildirib. T.Çernovol öz növbəsində radikal və konstruktiv müxalifət arasında fərqli siyasi fəaliyyəti önə çəkərək müxtəlif ölkələrin siyasi qüvvələri ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.

T.Çernovol onu da vurğulayıb ki, təmsil etdiyi partiya 26 mart parlament seçkilərinə qədər müvəqqəti müxalifətdədir: "Seçkilərdən sonra biz hakimiyyəi idarə edən rıçaqları əldə edəcəyik". L.Kojer isə qeyd edib ki, MDB-də partiyalararası əlaqələr çox da dəbdə deyil. Çünki hamı daxili problemlərlə məşğuldur: "Bizim Azərbaycanla bu cür əlaqələrimizin olmamasının səbəbini də həmin amillə bağlamaq olar".

Görüşdə hər iki qurum arasında gələcək əlaqələr və informasiya əməkdaşlığı haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti