...

"Klassiklər" dörd seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib

Siyasət Materials 8 Fevral 2006 17:30 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (klasskilər) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə dörd seçki dairəsi üzrə namizədini müəyyənləşdirib. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

M.Mirəlioğlu qeyd edib ki, bu barədə qərar partiyanın İdarə Heyətində qəbul edilib: "31 saylı Suraxanı ikinci seçki dairəsindən partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən isə Fikrət Cəfərovun namizədliyi təsdiqlənib. 42 saylı Sumqayıt ikinci və 44 saylı Sumqayıt-Abşeron seçki dairələri isə mənimlə Yusif Sevdimalıyev arasında razılaşdırılacaq".

Partiya sədri yerdə qalan 6 seçki dairəsinin isə müttəfiqləri ilə razılaşdırılacaqlarını qeyd edib: "Biz istəyirik ki, həmin dairələrdə milli demokratik düşərgədə olan digər qüvvələr təmsil olsunlar".

Xəbər lenti

Xəbər lenti