...

Prezidentin sərəncamı ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borcları dövlət büdcəsi hesabına ödəniləcək

Siyasət Materials 8 Fevral 2006 21:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, sərəncam qəzetlərin maddi-texniki və maliyyə vəziyyətini nəzərə alaraq, azad və müstəqil mətbuatın inkişafına yardım məqsədilə imzalanıb.

Prezidentin sərəncamına əsasən qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borcları (398046,2 AZN) dövlət büdcəsi hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti