...

Vurğun Əyyub: "Müsavat təkrar seçkilədə iştirak etməklə bağlı qərarına yenidən baxa bilər"

Siyasət Materials 9 Fevral 2006 14:17 (UTC +04:00)

"Müsavat Partiyası 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirakla bağlı qərarına yenidən baxa bilər". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

V.Əyyub bu məsələnin hələ gündəliyə çıxarmadığını desə də əlavə edib: "Əgər Dinvanın müzakirəsinə verilərsə partiyanın Məclisi bu qərara yenidən baxa bilər". Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinə etiraz edən Müsavat Partiyası Məclisinin əksəriyyəti təkrar seçkilərin ədalətli keçirilməyəcəyi qənaətindədir: "Elə bu qənaət sözügedən qərarın yenidən müzakirəyə çıxarılacağına zəmin yaradır".

Müsavat rəsmisi onu da qeyd edib ki, bu məsələ Məclisin müzakirəsinə heç də asanlıqla çıxarıla bilməz: "Bunun üçün müəyyən prosedur qaydaları mövcuddur".

Xəbər lenti

Xəbər lenti