...

Aydın Cəfərov: İyun ayında Sankt-Peterburqda MDB PA-nın forumu keçiriləcək

Siyasət Materials 11 Fevral 2006 12:54 (UTC +04:00)

İyun ayının 13-14-də Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının formu keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin MDB PA-dakı nümayəndəsi Aydın Cəçfərov bildirib.

A.Cəfərov qeyd edib ki, Sankt-Peterburq forumu adlanacaq toplantıda demokratiyanın inkişafının, vətəndaşların seçki hüquqlarının qorunmasının və parlamentarizmin möhkəmləndirilməsinin monitorinqi üzrə Beynəlxalq İnstitutun hazırlanması ilə bağlı səndlər təsdiqlənəcək.

A.Cəfərov həmçinin, qeyd edib ki, MDB PA Şurasının Kiyevdə keçirilən toplantısında iştirak edən Azərbaycan nümayəndə heyəti Belorus parlamentinin palata sədri Gennadi Navinski, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və digər rəsmi şəxslərlə görüşüblər. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Valeh Ələsgərov, parlamentin regional məsələlər dimi komissiyasının sədri Arif Rəhimzadə və Aydın Cəfərov daxil olublar.

Xəbər lenti

Xəbər lenti