...

Ədliyyə Nazirliyi AMİP-in qeydiyyata alınması ilə bağlı müraciətinə bu həftə baxa bilər

Siyasət Materials 13 Fevral 2006 15:14 (UTC +04:00)

Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qeydiyyata alınması ilə bağlı müraciətinə bu həftə cavab verə bilər. Bu barədə Trend ə Etibar Məmmədovun lideri olduğu AMİP sədrinin səlahiyyətlərini həyata keçirən Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, ötən həftə adıçəkilən nazirlik tərəfindən onlardan partiyaya məxsus əlavə sənədlər tələb olunub: "Partiyanın nizamnaməsinin yeni variantı, qurultayın protokolunu və prosesin lentə alındığı kasetləri nazirliyə təqdim etdik. Məndə olan məlumata görə, bu həftə nazirlik partiyamızın qeydiyyatı ilə bağlı məsələyə kollegiyanın iclasında baxa bilər".

AMİP sədrinin səlahiyyətlərini yerinə yetirən A.Rüstəmov onu da bildirib ki, fevralın 12-də partiyanın baş katibi Fuad Muxtarov və katibliyin nümayəndələri cənub bölgəsində səfərdə olublar. Məqsəd qurultaya hazırlıqla bağlı partiyanın rayon təşkilatları rəhbərləri ilə görüşlər keçirməkdir. Partiyada növbəti struktur dəyişikliklərinin aprelin son ongünlüyündə keçiriləcək qurultayda olacağını bildirən A.Rüstəmov konfransların aprelin 15-dək başa çatacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti