...

AVCİYA Xocalı hadisələrinin Azərbaycanda və dünyada soyqırım kimi tanınması üçün kampaniyaya başlayır

Siyasət Materials 15 Fevral 2006 17:50 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı hadisələrinin həm Azərbaycanda, eləcə də bütün dünyada lazımı səviyyədə qiymətləndirilməsi üçün genişmiqyaslı kampaniyaya başlayır. Bu barədə Trend ə Asossiasiyadan məlumatğ verilib. Kampaniya çərçivəsində Assosiasiya öncə bütün Azərbaycanda imzatoplamaya başlayacaq. Məqsəd həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlıların imzasını toplayaraq Milli Məclis qarşısında Xocalı hadisələrinin rəsmən soyqırım kimi qəbul edilməsi barədə məsələ qaldırmaqdır.

Sonrakı mərəhələdə bu imzalar və Xocalı hadisələri barədə toplanan bütün materiallar - sənədlər və videogörüntülər dünya ölkələrinin parlamentlərinə, müvafiq beynəlxalq təşkilatlara göndəriləcək. Bu təşkilatlar qarşısında Xocalı hadisələrinin rəsmən soyqırım kimi qiymətləndirilməsi tələbi qoyulacaq. Asosiassiya gələn ilin fevralın 26-a qədər dünyanın bir neçə ölkəsində Xocalı hadisələrinin soyqırım kimi qiymətləndirilməsinə, erməni vəhşiliyinin pislənilməsi barədə qərarların çıxardılmasına nail olmağı qarşısına məqsəd qoyub. Eyni zamanda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2007-ci ildə - Xocalı faciəsinin 15 illiyi münasibətilə Bakıda Xocalı soyqırımı qurbanlarına həsr edilmiş memorial kompleksini ucaltmaq niyyətindədir. Bunun üçün Assosiasiya xüsusi müsabiqə elan edir.

AVCİYA Xocalı soyqırımı ilə bağlı unikal sənədlər toplusu da hazırlayıb. Həmin toplunun və Xocalı soyqırımı ilə bağlı Asosiassiyanın hazırladığı xüsusi internet saytının təqdimetmə mərasimləri bu il fevralın 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti