...

Tadahiro Abe: Yaponiya söz azadlığının müdafiəsi tərəfdarıdır, amma dini mövzularda karikaturaları qəbul etmir

Siyasət Materials 15 Fevral 2006 20:41 (UTC +04:00)

Yaponiya bütün dünyada söz azadlığının müdafiəsi tərəfdarıdır, amma insanların dini hisslərinə qarşı hər hansı hücumu qəbul etmir. Trend bildirir ki, Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe fevralın 15-də Tokionun Məhəmməd Peyğəmbərin dərc olunmuş karikaturalarına rəsmi mövqeyini belə şərh edib.

"Bu, çox həssas mövzudur. Biz təəsüf edirik ki, belə faktlara ümumiyyətlə dünya mətbuatında yer verilir"-deyə səfir bildirib və qeyd edib ki, onun ölkəsi insan haqlarının əsaslarından biri kimi söz azadlığının müdafiəsi tərəfdarı olsa da "digər dinlərin nümayəndələrinə hörmət də çox vacibdir".

Səfir həmçinin Azərbaycanda "quş qripi" virusunun aşkar edilməsi ilə bağlı Yaponiyanın mövqeyini bildirib. Onun sözlərinə görə, Yaponiya Bakıya əlindən gələn köməyi etməyə hazırdır və hazırda bu məsələ ətraflı öyrənilir.

Xəbər lenti

Xəbər lenti