...

Dünya Qarabağlılarının forumu keçirilə bilər

Siyasət Materials 16 Fevral 2006 13:22 (UTC +04:00)

Azad Azərbaycan Partiyası iyun-iyul aylarında Tbilisidə Dünya Qarabağlılarının forumunu keçirmək təşəbbüsü ilə çıxış edib. Trend xəbər verir ki, adıçəkilən partiyanın sədri Həsən Həsənov bu məsələni həyata keçirməkdə bir sıra partiya rəhbərləri ilə danışıqlar aparır.

Onu da bildirək ki, forumu keçirməkdə məqsəd dünya ictimaiyyətini Qarabağ həqiqətləri ilə tanış etməkdir.

Forumun keçirilməsini təşkil etmək üçün təşkilat komitəsinin yaradılacağı bildirilib. Komitədə Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev və iqtisadçı-alim Nazim İmanovun təmsil olunmasını istəyən H.Həsənov bu şəxslərlə danışıqlar aparır.

Liberal Partiyası sədrinin əvəzi Əvəz Temirxan isə bu barədə bir dəfə H.Həsənovla söhbət apardığını bildirib: "Ancaq mən bütün azərbaycanlılarını birləşdirən təşkilatın formalaşmasının tərəfdarıyam. Hesab edirəm ki, bölgələşmək yox, ölkələşmək lazımdır. Təşəbbüsü alqışlayıram, ancaq bunun hansı formada həyata keçiriləmsi üçün fikirləşmək lazımdır".

Xəbər lenti

Xəbər lenti