...

Ötən il ərzində Azərbaycanın Ali Məhkəməsi tərəfindən 8 nəfər barədə bəraət hökmü çıxarılıb

Siyasət Materials 20 Fevral 2006 15:50 (UTC +04:00)

2005-ci il ərzində Azərbaycanın Ali Məhkəməsi tərəfindən 8 nəfər barədə bəraət hökmü çıxarılıb. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev məlumat verib.

Məhkəmə sədrinin sözlərinə görə, 2004-cü illə müqayisədə 2005-ci ildə bəraət alanların sayı 2 nəfər çox olub. Ali Məhkəmənin fəaliyyətinin ötən illə bağlı statistikasının təhlili göstərir ki, Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2005-ci ildə 65.600 mülki işə və 12.891 cinayət işinə baxılıb. "İl ərzində birinci instansiya məhkəmələri tərəfindən baxılmış mülki və cinayət işlərinin sayı 2004-cü illə müqayisədə 280 iş çox olub.

Birinci instansiya məhkəmələri tərəfindən 2005-ci ildə baxılmış cinayət işləri üzrə 13.711 nəfət məhkum edilib ki, bu da keçən illə müqayisədə 358 nəfər çoxdur" - deyə R.Rzayev söyləyib.

Məhkəmə sədri həmçinin, qeyd edib ki, birinci instansiya məhkəmələri tərəfindən 2004-cü ildə 6 nəfər haqqında bəraət hökmü çıxarıldığı halda, 2005-ci ildə 8 nəfər haqqında bəraət hökmü çıxarılıb.

Qeyd olunan dövrdə apellyasiya instansiyası məhkəmələrində birinci instansiya məhkəmələrinin mülki işlər üzrə qəbul edilmiş qətnamə və qərardadlarından verilmiş apellyaisya şikayəti və apellyyasiya protesti əsasında isə 3.177 nəfər haqqında cinayət işinə baxılıb.

R.Rzayev: "Bu müddətdə apellyasiya instansiyası məhkəmələri tərəfindən birinci instansiya məhkəmələrinin mülki işlər üzrə 1.624 qətnaməsi və 522 qərardadı ləğv edilib, 321 qətnaməsi və 4 qərardadı dəyişdirilib, 3.871 iş üzrə məhkəmə aktları dəyişdirilmədən saxlanılıb".

Ramiz Rzayevin sözlərinə görə, ötən il ərzində Ali Məhkəmə Plenumunun 10 iclası keçirilib. Plenumun iclaslarında Ali Məhkəmənin mülki işlər, iqtisadi mübahisələrə dair işlər, cinayət işləri və hərbi məhkəmələrin işləri üzrə kollegiya sədrlərinin, Nəsimi, Nərimanov, Nizami, Suraxanı rayon, habelə, Sumqayıt və Əli Bayramlı şəhər məhkəmə sədrlərinin ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib.

Xəbər lenti

Xəbər lenti