...

Azərbaycanın xarici işlər naziri ölkələri ənənəyə sığmayan çağırışlar və təhlükələrlə mübarizəyə çağıracaq

Siyasət Materials 20 Fevral 2006 17:14 (UTC +04:00)

"Bu gün dünya ictimaiyyətinin üzləşdiyi beynəlxalq terrorçuluq və regional münaqişələr kimi ənənəyə sığmayan çağırışlar və təhlükələrlə mübarizə Dohada keçiriləcək beynəlxalq forumda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışının əsas xəttini təşkil edəcək". Bu barədə Trend ə XİN-in informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, E.Məmmədyarov bu günlərdə Qatarın paytaxtında keçirilən "ABŞ-islam dünyası" adlı forumun iştirakçılarının diqqətini Yaxın Şərqdəki vəziyyətə, Qərb-Şərq sivilizasiyalarının dialoqunda Azərbaycanın islam və dünyəvi köklərə malik dövlət kimi roluna cəlb edəcək.

Nazir çıxışında ABŞ-ın müsəlman ölkələri ilə münasibətlərinin inkişafı, qərb dövlətləri tərəfindən islamofobiya elementlərinin azaldılması məsələlərinə toxunacaq.

Xəbər lenti

Xəbər lenti