...

Əvəz Ələkbərov: Bu il dövlət kapital investisiyaları 611 mln. AZN təşkil edir

Siyasət Materials 21 Fevral 2006 15:12 (UTC +04:00)
Əvəz Ələkbərov: Bu il dövlət kapital investisiyaları 611 mln. AZN təşkil edir

Bu il Azərbaycanın dövlət kapital investisiyaları 611 mln. yeni manat (660 mln. ABŞ dollarına yaxın) təşkil edir. Bu vəsaitlərdən yarısı modul stansiyaların tikintisinə sərf ediləcək. Trend in verdiyi xəbərə görə, bu barədə fevralın 21-də Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, modul stansiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitiin ümumi həcmindən (310 mln. avro) 62 mln. avro artıq ödənilib. Daha 95 mln. avro yaxın vaxtlarda ödəniləcək.

Yerdə qalan vəsait qazlaşdırma, yol tikintisi, su təchizatı, təhsil və mədəniyyət üzrə layihələrə xərclənəcək. Nazirin sözlərinə görə, imkan daxilində kapital sərmayələr üçün nəzərdə tutulan büdcə vəsaitinin həcmi artırılacaq.

Bundan əlavə, Ə.Ələkbərov bildirib ki, dövlətin xarici investisiyaların hesabına reallaşdırılan layihələrdə öz iştirakını artımaq imkanı var. Bu zaman dövlətin payı 50%-ə qədər çatdırıla bilər.

Xəbər lenti

Xəbər lenti