...

Fransanın Azərbaycanda yeni səfiri təyin edilib

Siyasət Materials 21 Fevral 2006 17:21 (UTC +04:00)

Fransanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirloiyindən məlumat verilib.

Yeni səfir Bernar Amodrik Dyu Şafodur. Diplomatın Bakıya fevralın sonlarında, martın əvvəllərində gələcəyi gözlənilir.

O, bu vəzifədə Azərbaycanda diplomatik missiyası başa çatan Rolan Blatmanı əvəz edib. R.Blatman Azərbaycanda 2004-cü ilin iyunundan işləyir. Təqaüdə çıxması ilə əlaqədar diplomat öz diplomatik missiyasını vaxtından əvvəl başa vurub.

Xəbər lenti

Xəbər lenti