...

Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə geniş tərkibdə hökumətlərarası danışıqlar keçirilib

Siyasət Materials 22 Fevral 2006 13:54 (UTC +04:00)

Fevralın 22-də Bakıda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin iştirakı ilə geniş tərkibdə Azərbaycan-Rusiya hökumətlərarası danışıqları keçirilib. Trend in məlumatına görə, danışıqları açan İ.Əliyev bu gün rusiyalı həmkarı V.Putinlə keçirdiyi təkbətək görüşdən razı qaldığını ifadə edib. Azərbaycanın dövlət başçısı bildirib ki, danışıqlar ikitərəfli əməkdaşlığın, eləcə də regional əlaqələrin inkişafı məsələləri üzrə aparılıb. O bildirib ki, müzakirə olunan bütün məsələlərdə mövqelərin üst-üstə düşməsi müşahidə edilib.

İ.Əliyevin sözlərinə görə, hər iki ölkənin iqtisadi inkişafı dinamikdir və bu, digər sahələrdə də əməkdaşlığa təkan verən yeni perspektiv istiqamətlərə yol açır. Azərbaycan prezidenti bu səfərdən sonra iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə şübhə etmədiyini bildirib. "Bu bizim milli maraqlarımıza cavab verir",- deyə İ.Əliyev sonda bildirib.

V.Putin danışıqlar zamanı mürəkkəb beynəlxalq məsələlərin, eləcə də Qarabağ problemi ilə bağlı müzakirələrin keçirildiyini bəyan edib. Onun sözlərinə görə, bu gün azərbaycanlı həmkarı ilə məsələlərin geniş dairəsində dolğun söhbət aparıb.

İqtisadi əlaqələrin inkişafından danışarkən RF-nın prezidenti bildirib ki, tərəflər əvvəlcə nəzərdə tutulan müddətdən əvvəl mal dövriyyəsinin elə bir səviyyəsinə çatıblar ki, bu barədə hələ 2 il əvvəl razılıq əldə olunmuşdu. Onun sözlərinə görə, Azərbaycan-Rusiya mal dövriyyəsinin həcmi 1 mlrd. dollar təşkil edir və onun artım sürəti 40%-dən artıqdır. Bu da tərəflərin doğru yolda olduqlarına göstərir.

Xəbər lenti

Xəbər lenti