...

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Vyanadan rəsmi səfərdən qayıdıb

Siyasət Materials 27 Fevral 2006 14:13 (UTC +04:00)

Fevralın 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vyanadan rəsmi səfərdən qayıdıb. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Avstriya Federativ Respublikasının Konstitusiya Məhkəməsinin sədri Karl Korinekin dəvəti ilə həmin ölkədə olmuş Fərhad Abdullayev səfər çərçivəsində Avstriyanın Konstitusiya Məhkəməsində həmin ölkənin Ali Məhkəməsinin sədri Yoxan Reşutla və Baş Prokuror Valter Preslauer ilə görüşlər keçirib. Bu görüşlər iki ölkə arasında məhkəmə sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyıb. Ölkələr arasında məhkəmə hüquq əməkdaşlığı, o cümlədən iki ölkənin konstitusiya nəzarət orqanlarının Konstitusiya hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti