...

Seçki Monitorinq Mərkəzi təkrar seçkilərdə uzunmüddətli və qısamüddətli müşahidələr aparacaq

Siyasət Materials 27 Fevral 2006 18:25 (UTC +04:00)

Fevralın 27-də Seçki Monitorinq Mərkəzinin ofisində Milli Məclisə 10 dairə üzrə keçiriləcək təkrar seçkilərə bağlı təlim keçirilib. Bu barədə Trend ə Seçki Monitorinq Mərkəzindən (SMM) məlumat verilib. Təlimdə Bakı, Gəncə, Yevlax, Şəki, Sumqayıt şəhərlərində fəaliyyət göstərən bölgə koordinatorları iştirak edib.

Toplantıda təkrar seçkilərə dair Seçki Monitorinq Mərkəzinin fəaliyyət istiqamətləri açıqlanıb, bu seçkidə uzunmüddətli və qısamüddətli müşahidələrin həyata keçiriləcəyi bildirilib. SMM artıq uzunmüddətli müşahidəyə start verib, bununla bağlı hər həftə həftəlik hesabat hazırlanaraq yerli və beynəlxalq QHT-lərə, KİV-lərə yayılacaq.

Təlimdə müşahidəçilərin seçkiyə cəlb olunması, yerləşdirmə planının tərtib edilməsi işlərinə, həmçinin seçkiqabağı təşviqat dövründə müşahidəçiliyin istiqamətləri, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı müvafiq təlimatlar verilib.

Xəbər lenti

Xəbər lenti