...

N.Məmmədov Avropanı bir sıra məsələlərlə bağlı qərəzli mövqedən uzaq olmağa çağırır

Siyasət Materials 1 Mart 2006 14:42 (UTC +04:00)

"Son vaxtlar bir sıra Avropa ölkələri bəzi məsələlərlə bağlı məlumatlı olmadığını nümayiş etdirir, bəzən isə qərəzli mövqe tutur". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə martın 1-də Azərbaycan prezidentinin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa parlamentinin Naxçvan MR-in Culfa rayonunda guya erməni qəbrlərinin dağıdılması faktının tanınmasına dair qərarını şərh edərkən bildirib.

O hesab edir ki, Avropa parlamentinin nümayəndələri regionu daha yaxşı öyrənməli idi. N.Məmmədovun sözlərinə görə, Azərbaycanın YUNESKO-nun siyahısına daxil edilmiş 1000-dən çox tarixi və mədəniyyət abidələri ermənilərin işğal etdiyi ərazilərdədir, tamamilə məhv edilib və yer üzündən silinib.

O, Avropanın bir sıra məsələlərlə (Məhəmməd peyğəmbərin karikaturunun dərci, Culfada erməni qəbrləri) bağlı qərəzli mövqe tutmasından narazılığını bildirib. Əgər Qərb dünyada gedən proseslərdə düzgün mövqe tutmazsa, bu onun faciəsinə gətirər. Yalnız düzgün və ədalətli qərarla öz mövqeyini nümayiş etdirmək mümkündür", - deyə N.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti