...

Azərbaycan və Özbəkistan hökumətlərarası iqtisadi əməkdaşlıq iclası ilə bağlı hazırlıq işləri aparır

Siyasət Materials 3 Mart 2006 16:14 (UTC +04:00)
Azərbaycan və Özbəkistan hökumətlərarası iqtisadi əməkdaşlıq iclası ilə bağlı hazırlıq işləri aparır

Azərbaycan və Özbəkistan hökumətlərarası ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə 8-ci iclasla bağlı hazırlıq işləri aparılır. Bu barədə Trend ə eksklüziv olaraq Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşev məlumat verib.

Onun sözlərinə görə, hökumətlərarası komissiyanın gündəliyinə qarşılıqlı münasibətlərlə bağlı məsələlər daxildir. Tərəflər, həmçinin, ticari-iqtisadi sahəni əhatə edən 5 sənədə də baxacaq", - deyə diplomat qeyd edib. O bildirib ki, yaxın vaxtlarda Özbəkistan hökuməti komissiyanın yeni həmsədrini təyin edəcək.

Qeyd edək ki, komissiyanın əvvəlki iclası 2004-cü ildə keçirilib. Səfiir əlavə edib ki, qarşıdakı iclas çərçivəsində həm Özbəkistanın, həm də Azərbaycanın işgüzar dairələrinin nümayəndələri və sahibkarlarının iştirakı ilə biznes forumun keçirilməsinə dair razılaşma əldə olunub. Hazırda tərəflər forumun keçirilməsi ilə bağlı hazırlıq işləri aparır.

Xəbər lenti

Xəbər lenti